Gəncə, 17 aprel, AZƏRTAC
Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları bəstəkarın məzarı üzərinə gül dəstələri qoyduqdan sonra Qəmbər Hüseynlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.
Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi üzvlərinin ifasında bəstəkarın mahnıları ifa olunub, şair Tofiq Mütəllibovun Qəmbər Hüseynliyə həsr etdiyi şerlər səsləndirilib.