UEFA Avropa Liqasının 1/4 finalı çərçivəsində Kiyev "Dinamo"su "Fiorentina"nı qəbul edib.
Metbuat.az xəbər verir ki, oyunda hesab 36-cı dəqiqədə açılıb. Lens Ukrayna təmsilçisini önə çıxarıb. Ancaq hamı matçın elə bu hesabla bitəcəyini gözlədiyi bir vaxtda səhnəyə Babakar çıxıb. Onun 90+2-ci dəqiqədə vurduğu qol yekun nəticəni müəyyənləşdirib.
"Dinamo" (Kiyev) - "Fiorentina" - 1:1
Qollar: Lens, 36 - Babakar, 90+2
Qarşılaşmanın icmalını təqdim edirik.