Beynəlxalq Valyuta Fondu Yunanıstana borclarını qaytarmaq üçün əlavə vaxt verməyəcək.BVF Yunanıstana borcunu qaytarmaq üçün əlavə vaxt vermədi
Anspress-in "Financial Times"a istinadən verdiyi məlumata görə, bu açıqlamanı BVF-in başçısı Kristin Laqard Vaşinqtonda çıxışı zamanı verib.
“30 il ərzində ödənişlər barədə vaxtın dayandırılması BVF-ə təqdim olunmayıb”, - deyə xanım Laqard qeyd edib. “Biz fondun ödənişləri ləngitmələr barədə siyasətini başa salmaq qüdrətindəyik və belə halların tarixçəsini cənab Varufakisə (Yanis Varufakis- Yunanıstan maliyyə naziri) təqdim etmişik”, - deyə Laqard əlavə edib.
Lakin eyni zamanda Afinada ödənişlərin edilməsi üçün əlavə vaxt istənilməsi təkzib edilir.
Bundan əvvəl məlum olmuşdu ki, kreditorların köməyinin kəsildiyi təqdirdə Yunanıstan defolt elan edə bilər.
Milli.Az