Bakı, 17 Aprel, AZƏRTAC 
Macar memarı Matyas Qutai hesab edir ki, su evin sabit temperaturda saxlanılması üçün mükəmməl bir materialdır.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, memar bir neçə il apardığı araşdırma və tədqiqatlardan sonra Budapeştin cənubda 6 il ərzində prototip evi inşa edib. Su evin daxili təbəqələri arasında hərəkət edərək temperaturu stabilləşdirir. Onun bu sistemi mühəndislikdə yeni bir səhifə açır. Bu, çox səmərəli və davamlı sistemdir: ev öz enerjisini istehsal edərək karbon emissiyalarının azaldılmasını təmin edir.
Qeyd edək ki, bu ev Avropa İttifaqından alınan qrant hesabına inşa olunub.