ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi - NASA yeni bir layihəyə start verib. NASA rəsmiləri üzərində araşdırmalar aparmaq üçün könüllü təcrübəçilər axtarır. 70 gün boyunca davam edəcək təcrübədə iştirak edən namizədlərə 18 min dollar ödəniləcək. Nəzərdə tutulan namizədlərdə axtarılan əsas xüsusiyyətlər isə sağlam və ABŞ vətəndaşı olmalarıdır. 
 
10 həftə boyunca ağır pəhriz proqramı tətbiq olunacaq namizədlər addım-addım izləniləcək. Bu təcrübə ilə, NASA-nın elm adamları cazibə qüvvəsinin olmadığı bir mühitdə kosmonavtların arıqlamalarının səbəbini öyrənməyə çalışacaq.
 
Təcrübənin ilk mərhələsində seçilən şəxslər iki qrupa ayrılacaq. Bir qrup nizamlı şəkildə idman edəcək, digər qrup hərəkətsiz qalacaq. Təcrübənin ikinci mərhələsində isə təcrübəçilər NASA-nın Hyustondakı binasına aparılacaq və burada həftələrlə başı aşağı şəkildə çarpayıya bağlı olaraq saxlanılacaq. 3-cü mərhələdə 2 həftə boyunca idman edəcək olan ikinci qrup təcrübəçilər kosmosda idman etmənin faydalı olub olmadığını sınaqdan keçirəcəklər. Bununla da, alimlər kosmosda insanların uzun müddət necə sağlam qala bilməsi haqqında məlumat əldə etmiş olacaqlar.