Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə cıdır mövsümünün açılışı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzinin cıdır meydanında keçirilən start tədbirində yerli çaparlarla yanaşı, rusiyalı və gürcüstanlı jokeylər də iştirak ediblər.