Təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ikinci Moskva Beynəlxalq Təhsil Salonunda
Bakı, 16 aprel, AZƏRTAC
Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ikinci Moskva Beynəlxalq Təhsil Salonunda iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, aprelin 15-də nümayəndə heyəti Rusiya Federasiyası Baş nazirinin müavini Olqa Qolodetsin iştirakı ilə keçirilmiş açılış mərasiminə qatılıb. Açılışdan sonra Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Venyamin Kaqanovun sədrliyi ilə “Yeni təhsil arxitekturası” mövzusunda ilk plenar sessiya keçirilib.
C.Bayramov bu plenar sessiyada fəxri qonaq kimi iştirak etməyə dəvət olunub. V.Kaqanov Azərbaycana son səfəri zamanı ölkəmizin əldə etdiyi nailiyyətlərin, o cümlədən təhsil sahəsində islahatların onda xoş təəssüratlar doğurduğunu diqqətə çatdırıb.
C.Bayramov Təhsil Salonunun təşkilində Rusiya tərəfinin fəaliyyətini yüksək qiymətləndirib. O, Təhsil Salonunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli forum olduğunu bildirib. Təhsil sahəsində bir çox çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını, təhsilin keçmişdəki çərçivəsindən kənara çıxdığını, elm, iqtisadiyyat və sosial sahə ilə öncəkindən daha çox bağlantısının olduğunu vurğulayan nazir müavini daha böyük səmərəlilik üçün yeni yanaşmaların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. C.Bayramov oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, Rusiyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Təhsil Salonunun birinci günü Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində təhsil xidmətlərinin sərgisi ilə tanış olub, bir sıra təhsil müəssisələri və biznes qurumları ilə qarşılıqlı maraq doğuran mövzular üzrə müzakirələr aparıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47