Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsi regionda sülhə xidmət etmir
Bakı, 16 aprel, AZƏRTAC
Avropa Parlamenti uydurma “erməni soyqırımı” ilə bağlı qətnaməni erməni lobbisinin təsiri ilə qəbul edib. Bu qətnamə regionda sülhə xidmət etmir, əksinə bölgədəki atmosferin gərginləşməsinə əsaslar verir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Avropa Parlamentinin qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.
S.Fətəliyeva bildirib ki, sənəddə əksini tapan bəndlər Azərbaycanın da milli təhlükəsizliyinə aid olan məsələlərdir: “Azərbaycan qardaş Türkiyə ilə bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi kimi, bu məsələdə də eyni fikirləri bölüşür. Bu sənəd hər ki dövlətin milli maraqlarına ziddir. Ümumiyyətlə, tarixə zidd olan, tarixi faktları əks etdirməyən bu qətnamə və bu tipli bəyanatlar qəbulolunmazdır”.
Azərbaycanın Avropa İttifaqı ilə dialoqu və əməkdaşlığı hər zaman dəstəkləyəcəyini deyən S.Fətəliyeva vurğulayıb ki, bu prosesdə bərəbərhüquqlu yanaşma öz əksini tapmalıdır. Əməkdaşlıq qarşılıqlı olaraq səmimiyyət və obyektivlik üzərində qurulmalıdır. Son hadisə Avropa Parlamentinin nüfuzuna zərbə vurmaqla yanaşı, onun obyektivliyinə də ciddi şəkildə şübhələr yaradır.
Bildirilib ki, Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlarla dialoq reallıqlar əsasında davam etməlidir. Tarixi məsələlərlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. “Bütövlükdə, təşkilatın hadisələrə selektiv, reallıqlara fərqli yanaşması qəbuledilməzdir. Biz neçə illərdir ki, Xocalı soyqırımının dünyada tanınması üçün kampaniya aparırıq. Bu soyqırımının ermənilər tərəfindən hansı vəhşiliklərlə törədildiyi haqda konkret faktlar, real sübutlar var. Əgər Avropa Parlamenti obyektiv təşkilatdırsa, bəs niyə onun Xocalı soyqırımı haqqında sənəd qəbul etməsini görmürük? Bu təşkilat uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməklə obyektivlikdən uzaq bir addım atdığını təsdiqlədi. Amma belə sənədlər tarixi həqiqətləri dəyişdirə bilməz”- deyə, S.Fətəliyeva bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47