Öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas vitse-prezident seçiliblər. İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 12 üzvdən biri seçilib.
Qeyd edək ki, Bakının Qaradağ rayonunun icra başçısı olan S.Mikayılov eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvüdür.