Azərbaycan ilə Dubay Əmirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay Turizm və Ticarət Marketinqi Departamentinin baş direktoru Hilal Səid Əl Mərri ilə görüşüb.
Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, Hilal Səid Əl Mərri azərbaycanlı turistlərin Dubay Əmirliyinə maraqlarından xəbərdar olduğunu söyləyib.
P.İsmayılzadə BƏƏ turizm şirkətlərini Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməmək məsələsində ayıq-sayıq olmağa çağırıb. Hilal Səid Əl Mərri isə Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən erməni şirkətləri ilə heç bir halda əməkdaşlıq etməyəcəklərini bildirib.
P.İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşündə səsləndirdiyi “Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam Sizin gözəl ölkənizə səfər edir. Ümidvarıq ki, Sizin ölkənizdən də turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə, əməkdaşlığın formatı çox genişdir” fikirlərini xatırladıb. Dubay tərəfinin də bu istiqamətdə müvafiq iş aparmasının məqsədəuyğun olduğunu qeyd edib.
Hilal Səid Əl Mərri birinci Avropa Oyunlarının açılış mərasimini izləmək və bu təcrübədən yararlanmaq məqsədilə Bakıya səfər edəcəyini deyib və turizm sahəsində ikitərəfli münasibətlərin daha da inkişafı üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, DTTMD Dubay Əmirliyində turizm sektorunun planlaşdırılması, idarə olunması və inkişafı üzrə rəsmi dövlət orqanıdır. Bu departament Əmirliyin bütün ümumi turizm məntəqələrinə nəzarət və rəhbərlik edir, həmçinin otellər, tur-operatorlar və tur- agentliklərin lisenziyalaşdırılması, sertifikatlaşdırılması və təsnifatına görə cavabdehlik daşıyır. DTTMD xarici ölkələrdə Dubayı dünyanın aparıcı beynəlxalq biznes və əyləncə mərkəzlərindən biri kimi təşviq edən 18 ofisə malikdir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47