Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nın Ankara tərəfindən tanınması üçün səyləri faydasız olacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilmiş Türkiyə-Qazaxıstan iqtisadi forumunda deyib.
 
Onun sözlərinə görə, Avropa Parlamentinin 1915-ci il hadisələri ilə əlaqədar qərarı Türkiyə üçün qəbuledilməzdir.
 
R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Ermənistan xalqı ilə problemi yoxdur: "1915-ci il hadisələri zamanı türklər ermənilərdən daha çox əziyyət çəkiblər".

Milli.Az