Bitkiçilik məhsullarının keyfiyyətinin yüksəldilməsi, itkilərin qarşısının alınması qarşıda duran əsas vəzifələrdir
Xaçmaz, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda “Yazlıq bitkilərin əkini, payızlıq sahələr və çoxillik əkmələrdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə “Aqrolizinq” ASC-nin, Aqrar Elm Mərkəzinin, aidiyyatı Elmi-Tədqiqat institutlarının, nazirliyin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarında fəaliyyət göstərən qurumlarının, eləcə də, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov ölkəmizdə aqrar sahənin səmərəliliyinin artırılması üçün aparılan islahatlardan danışaraq, kənd təsərrüfatının intensiv metodlarla inkişafının təmin edilməsi, idxaldan asılılığın azaldılması, məhsuldarlığın, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması və bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, kənd təsərrüfatının inkişafına təkan vermək, aqrar sistemdə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək məqsədi ilə Prezident İlham Əliyev 2015-ci ilin respublikamzda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Diqqətə çatdırılıb ki, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar bitkiçilik məhsullarının, o cümlədən taxıl istehsalının artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi, itkilərin qarşısının alınması üzrə texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi bölgələrdə fəaliyyət göstərən fermer və sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır.
Müşavirədə məlumat verilib ki, taxıl istehsalının artırılmasında alaq otlarına qarşı mübarizə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin anbarlarındakı 2.4 D Amin duzu herbisidinin fermerlərə güzəştli qiymətlərlə satılması barədə təklifləri Nazirlər Kabineti tərəfindən məqsədəmüvafiq hesab edilib. Artıq kənd təsərrüfatı məhsulları istehsalçıları həmin herbisidi “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarından 50 faiz güzəştli qiymətlərlə (2.25 manat/litr) əldə edə bilərlər. Herbisidin bir hektar sahəyə məsarif norması 1,6 litrdir.
Regional müşavirədə “Bitkiçilik sektorunun mövcud vəziyyəti” və gələcək inkişafı üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili” və digər mövzularda slayd vasitəsi ilə təqdimat və çıxışlar da olub.
Tədbirdə fermer və sahibkarlarla müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müşavirədən sonra taxıl, yazlıq əkinlər və çoxillik əkmələrə baxış keçirilib. Yazlıq əkinlərin vaxtında aqrotexniki qaydalara uyğun aparılması izah olunub, taxıl sahələrinə yemləmə gübrəsinin verilməsi, alaqlara qarşı mexaniki və kimyəvi mübarizə aparılması əyani şəkildə göstərilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47