Azərbaycanın-İran əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanla İran arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var.
Bu fikir aprelin 16-da iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşü zamanı səsləndirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti, keçirilən görüşlər, imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Hazırda iki ölkə arasında neft-qaz, energetika, sənaye, maliyyə-bank, turizm, ticarət, gömrük, meliorasiya sahələrində əlaqələr uğurla davam edir, əczaçılıq, neft-kimya sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Dövlət Komissiyasının Tehranda keçiriləcək növbəti iclasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını diqqətə çatdırıb. Bir sıra İran şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərdiyini qeyd edən Şahin Mustafayev bildirib ki, İran hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.
Rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə məlumat verən Əli Rəbii iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Əli Rəbii ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə məlumat verən Əli Rəbii iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47