"Saxo Bank": WTI neftinin qiyməti 47-54 dollar diapazonunda dəyişəcək
"Dünya neft qiymətlərinin bərpa olunacağını şübhə altında qoyan məsələlərdən biri də Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin mart ayı ərzində neft hasilatını 2013-cü ilin avqust ayından etibarən ilk dəfə olaraq gündəlik 31 mln. barelə çatdırmasıdır", - deyə O.Hansen bildirib.
Bank rəsmisi əlavə edib ki, İraq, İran və Liviya ay ərzində neft hasilatını artırıb. Rəsmi məlumatlara əsasən, Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı rekord - 10,3 mln. barelə çatıb. OPEC-in bəyanatına əsasən, müəyyən edilmiş 30 mln. barel kvotası artıq ardıcıl 10 aydır üstələnir.
İranın ali dini lideri ayətullah Əli Xamneyinin bütün sanksiyaların aradan qaldırılmayacağı halda yekun sazişin imzalanmayacağına dair bəyanatı İranın nüvə proqramı ilə bağlı məsələnin tez bir zamanda həll tapacağına dair şübhələr yaradır. Belə ki, ABŞ sanksiyaların yalnız tədricən aradan qaldırılmasının mümkünlüyünü bildirib. Bu proseslər neftin son günlərdəki qiymətinin formalaşmasına təsir göstərir.
O.Hansen ABŞ-ın neft hasilatının nisbətən azalmasını qəbul edir, ancaq qeyd edir ki, neft qiymətlərində əhəmiyyətli dəyişikliklərin olması üçün ABŞ-ın neft ehtiyatlarının həcminin hazırkı göstəricilərdən aşağı enməsi tələb olunur.
Ötən həftə ABŞ-ın neft hasilatında nisbi azalma müşahidə olunsa da, bazar iştirakçıları fəaliyyətdə olan qazma qurğularının sayının 50% (oktyabrdan etibarən) azaldılmasının neft hasilatındakı əhəmiyyətli mənfi təsirin özünü büruzə verəcəyi anı gözləyirlər.
"Hazırda OPEC-in 31 mln. bareldən çox hasilatı, Rusiyanın neft hasilatını artırmaqda davam etməsi və ABŞ rezervuarlarının tam dolmasına 10-15% qalması şəraitində neft qiymətləri dar diapazonda hərəkət edir. Nəzərəçarpacaq dəyişikliklər üçün dünya bazarında neftə olan tələbin artması gərəkdir”, - deyə O.Hansen bildirib.
"Saxo Bank"ın ekspertinin fikrincə, yekunda tələbin artacağı ehtimalı olsa da, WTI markalı neftin qiyməti yaxın gələcəkdə 47-54 dollar/barel aralığında qərarlaşacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47