Xəbər verdiyimiz kimi, NBA-da müntəzəm çempiona yekun vurulub.

Mövsümün statistik liderlərinə nəzər salmağın vaxtıdır. Metbuat.az NBA-da əsas göstəricilər üzrə lider olan basketbolçuların siyahısını təqdim edir:

Xalların sayına görə: Rassell Uestbruk ("Oklahoma") - 28,0 xal ortalaması

Ribaund sayına görə: DeAndre Cordan ("Klippers") - 15,0 ribaund ortalaması

Assist sayına görə: Kris Pol ("Klippers") - 10,2 assist ortalaması

Blok sayına görə: Entoni Devis ("Nyu-Orlean") - 2,94 blok ortalaması

Top oğurlama sayına görə: Kavay Leonard ("San Antonio") - 2,35 top oğurlama ortalaması

Top itirmə sayına görə: Rassell Uestbruk ("Oklahoma") - 4,4 top itirmə ortalaması

Fild qol faizinə görə: DeAndre Cordan ("Klippers") - 0,710

Foul atışının xal olma faizinə görə - Stefen Karri ("Qolden Steyt") - 0,914