Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurumun sədri, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ərazi ilk təşkilat rəhbərləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə YAP Səbail rayon təşkilatının sabiq sədri mərhum Zahid Qaralovun xatirəsi yad olunub.
YAP Səbail rayon təşkilatının sədri Ş.Hacıyev qarşıda duran vəzifələrdən danışıb. O, ərazi ilk təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulmasından söhbət açıb, yığıncaqların keçirilməsi, üzvlük haqlarının vaxtında toplanması işində bəzi çatışmazlıqların olduğunu diqqətə çatdırıb. Sədr qarşıda bir sıra vəzifələrin dayandığını bildirib və ilk ərazi təşkilatlarına işlərini bu istiqamətdə qurmağı tövsiyə edib.
Ş.Hacıyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ölkənin inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. O, partiyanın may ayında keçiriləcək X konfransından və bu istiqamətdə görüləcək işlərdən danışıb. Sədr ərazi ilk təşkilatlarından konfransa nümayəndələr seçilməsinin vacibliyini diqqətə çatdırıb.