Əli Həsənov: Azərbaycanda demokratiyanın durumu dünyanın heç bir ölkəsindən geri qalmır
Qarayaxma kampaniyaları heç bir effekt verməyəcək
Bakı, 16 aprel, Əsəd Məmmədov, AZƏRTAC
Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşma azadlığının durumu dünyanın heç bir ölkəsindən geri qalmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib.
Əli Həsənov bildirib ki, bu gün Qərbdə anti-islam, anti-türk meylləri, ikili standartlar siyasəti hökm sürür. Bütün bunlar Avropa siyasətçilərinin, beynəlxalq qurumların, həmçinin ayrı-ayrı hüquq müdafiə təşkilatlarının fəaliyyətində də özünü açıq büruzə verir. Prezident Administrasiyasının rəsmisi deyib: “Bu meyllər Azərbaycana və Türkiyəyə münasibətdə özünü xüsusi göstərir. Düşünürük ki, Azərbaycan cəmiyyəti nəyin baş verdiyini çox gözəl anlayır. Xalqımız başa düşür ki, ölkəmizlə bağlı formalaşdırılmağa çalışılan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar, sadəcə olaraq, Azərbaycan dövlətinin uğurlarının, həmçinin bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərimizin effektivliyini azaltmaq məqsədi daşıyır. Əminəm ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə dünyanın gözü qarşısında uğurlu inkişaf yolu keçib. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qabağındadır. Bunu heç kim inkar edə bilməz. Eyni zamanda, heç kim Azərbaycanda olmayan nöqsanları bizim ayağımıza yaza bilməz”.
Azərbaycanda bütün hüquqların, bütün azadlıqların təmin olunduğunu vurğulayan Əli Həsənov deyib: “Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47