Azərbaycanda ömür uzunluğu 74,2 yaşa çatıb
Bakı, 16 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının müvafiq layihəsi çərçivəsində Azərbaycanda demoqrafik vəziyyətlə əlaqədar aparılmış araşdırmanın nəticələri təqdim olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublikamızın davamlı iqtisadi tərəqqisindən bəhs edərək, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti nəticəsində sosial rifah göstəricilərinin də mütəmadi olaraq yüksəldiyini vurğulayıb. Bildirib ki, bu gün dünyada sabitlik və inkişaf adası kimi xarakterizə olunan, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq 5 faizə, işsizliyin 4,9 faizə endiyi Azərbaycan eyni zamanda demoqrafik sabitliyin hökm sürdüyü bir ölkədir. 1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı sabit qaydada artaraq cari il martın əvvəlinə 9,6 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi Azərbaycan bu göstərici ilə Avropada ilk yeri tutur. Respublikada həmçinin körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Təkcə cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib.
Eyni zamanda ölkədə doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatdığını qeyd edən nazir ölkədə əhali sakinliyi və demoqrafiya sahəsində siyasətin BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə uğurla davam etdirildiyini diqqətə çatdırıb. S.Müslümov bildirib ki, dövlət başçısının 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Demoqrafik İnkişaf Konsepsiyası” və digər normativ-hüquqi sənədlər əsasında “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsi hazırlanıb. Qeyd edib ki, bu Proqram layihəsində respublikada mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər əksini tapıb. Proqram layihəsi ictimai müzakirəyə çıxarılmaqla, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının təklifləri əsasında təkmilləşdirilib.
Nazir Dünya Bankı ilə uğurlu əməkdaşlıq təcrübəsini vurğulayaraq, Azərbaycanda demoqrafik amillərlə əlaqədar aparılmış araşdırmanın nəticələrinin, aparılacaq təhlillərin, veriləcək təkliflərin bu sahədə siyasətin daha da inkişaf etdirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib.
Daha sonra Dünya Bankının baş iqtisadçısı Nistha Sinha tərəfindən qeyd olunan araşdırmanın nəticələri, əhalinin cins tərkibinin pozulması halları müşahidə olunan ölkələrdə (məsələn, Çin, Koreya Respublikası, Hindistan və s.) bu problemə qarşı görülən tədbirlərin səmərəsi, bu tədbirlərin Azərbaycanda tətbiqi imkanları, demoqrafik siyasətlə bağlı təkliflər səslənib. Səslənən məlumat və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47