Şəmkir, 16 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin açılış mərasimində iştirak edəcək.
AZƏRTAC-ın Şəmkirə ezam olunan müxbiri xəbər verir ki, açılış mərasimi aprelin 16-da saat 19:00-da bu şəhərdəki Heydər Əliyev Mərkəzində olacaq.