2014-cü ildə "Ferrari"yə qoşulan Kimi Raykkonen 2 illik müqaviləyə imza atmışdı.

Metbuat.az-ın xəbərinə görə, Raykkoneni gələn mövsümdə də "Ferrari"də görə bilərik. Mauritsio Arrivabene son açıqlamasında "Bundan daha yaxşı pilot heyəti xəyal edə bilmirəm" deyib. Böyük ehtimalla finlandiyalı daha bir mövsüm komandada qalacaq.

Yekun qərar növbəti yarışlardan sonra veriləcək.