Əli Həsənov: Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları heç bir effekt verməyəcək
Bakı, 16 aprel, AZƏRTAC
Hamı bilir ki, Azərbaycanda bu gün söz, mətbuat, məlumat azadlığının, insan hüquqlarının, demokratiyanın, siyasi azadlıqların vəziyyəti heç bir dünya ölkəsindən geri qalmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov birinci Avropa Oyunları ərəfəsində ölkəmizlə bağlı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib.
Əli Həsənov bu gün dünyada təzahür edən anti-islam, anti-türk siyasəti, hadisələrə ikili standartlar çərçivəsində yanaşma siyasətinin təəssüf doğurduğunu vurğulayaraq deyib: “Eyni zamanda, erməni lobbisinin dəstəyi ilə bəzi Avropa siyasətçilərinin, beynəlxalq və humanitar, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının fəaliyyətində də eyni təzahürlər müşahidə olunur. Bu təzahürlərdəki anti-Azərbaycan meyli də eyni amillərlə bağlıdır. Azərbaycan cəmiyyəti bunu çox gözəl bilir ki, ölkəmizlə bağlı formalaşdırılmağa cəhd göstərilən bu rəylərin, fikirlərin heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq Azərbaycan xalqının, dövlətinin uğurlarını, o cümlədən bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərin effektivliyini azaltmaq məqsədi daşıyır. Onlar heç nəyə nail ola bilməyəcəklər. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə bugünkü inkişafa dünyanın gözü qarşısında nail olub. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qabağındadır. Bunu heç kim inkar edə bilməz. Heç kim Azərbaycanda olmayan bir şeyi bizim üstümüzə ata bilməz”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda bütün hüquqlar və azadlıqlar təmin olunub. Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47