"Liverpul"la olan müqaviləsini uzatmaq niyyətində olmayan 20 yaşlı futbolçu Rahim Sterlinq karyerasını yenidən Premyer Liqada davam etdirə bilər.

ANS PRESS-in məlumatına görə, Sterlinqlə yaxından maraqlanan "Mançester Siti" futbolçu üçün 30 milyon funt-sterlinqlik təklif göndərəcək.

Qeyd edək ki, Sterlinq bu mövsüm "Liverpul"un heyətində çıxdığı 30 matçda 7 qol və 7 asistlə yadda qalıb.
Mənbə
ANS PRESS