Britaniyanın məşhur teleaparıcılarından biri, model və aktrisa Xlo Medli sosial şəbəkələrdəki profillərində yarıçılpaq fotolarını paylaşıb.
 
Tanınmış teleaparıcılar Riçard MedliCudi Flanaqanın qızı olan 27 yaşlı Xlo İnstagram-dakı profilində son aylarda ciddi şəkildə idmanla məşğul olduğunu bildirib.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, sevgilisi, məşhur reqbiçi Ceyms Haskellin də onun inadına təəccübləndiyini vurğulayan Xlo yazıb: "O, çox yeyir. Mən belə bacarmıram. Saatlarla məşq etməyim Ceymsi də təəccübləndirir".
 
Milli.Az