Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi bir qadının hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, hadisə Draqi Almaniyanın Frankfurt şəhərində mətbuat konfransında çıxış edən zaman baş verib.

Qadın əlindəki konfetini Draqinin başına ələyib və Avropa Mərkəzi Bankını diktatorluğa son qoymağa çağırıb.

Qadın Draqiyə fiziki xəsarət yetirməyib. Daha sonra təhlükəsizlik qüvvələri onu zaldan uzaqlaşdırıblar.

Həmin kadrları sizə təqdim edirik.

Mənbə
ANS PRESS