Hillari Klintonun atasının məzarının başdaşı yerə aşırdılmış vəziyyətdə tapılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məzar Pensilvaniya ştatının Skranton şəhərində yerləşir.
Polisin məlumatına görə, başdaşını vandallar aşırdıblar. Polis baş vermiş hadisəni araşdırır.
Qeyd edək ki, H.Klinton 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Milli.Az
Milli.Az