Yəmənin Taiz əyalətindəki döyüşlərdə 20-dən çox husi üsyançısı öldürülüb
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Yəmənin Taiz əyalətində gedən döyüşlərdə husi-şiə üsyançılarının 20-dən artıq döyüşçüsü öldürülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, silahlı toqquşmalar əyalətin inzibati mərkəzi olan Taiz şəhərinin yaxınlığında baş verib. Taizə hücuma keçən husilər indiyədək şəhərin bəzi məhəllələrini əllərində saxlamağa müvəffəq olan prezident Abd Rabbo Mənsur Hadi tərəfdarlarından ibarət 5-ci ordu briqadasının güclü müqaviməti ilə rastlaşıb. Hökumət qüvvələrinin də döyüşlərdə 7 əsgərini itirdiyi bildirilir.
Bundan başqa, daha 10 husi yaraqlısı “ərəb koalisiyasının” üsyançıların dayaq məntəqəsi sayılan Saada əyalətinə endirdikləri hava zərbələri nəticəsində öldürülüb.
Qeyd edək ki, şiə üsyançıları 2014-cü il avqustun ortalarından yanacağın qiymətinin qalxması bəhanəsi ilə etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefa verməsini tələb ediblər. Sonradan etirazlar silahlı toqquşmalarla müşayiət olunub və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhəri üsyançıların əlinə keçib.
Paytaxt Sənada nəzarətə yiyələnmiş qiyamçıların təzyiqləri nəticəsində Yəmən Prezidenti Əbd Rabbo Mənsur Hadi istefa verməyə məcbur olub. Bundan sonra paytaxtdan Ədən şəhərinə gedən prezident martın 25-də husilərin bu şəhərə girməsi ilə ölkəni tərk edib. Onun Fars körfəzi ölkələrinə hadisələrə müdaxilə etmək barədə xahişindən sonra martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi hakimiyyətinin bərpasına yönəlmiş “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən Yəməndə hərbi əməliyyatların başladığı gündən aprelin 6-dək 643 nəfər həlak olub, 2226 nəfər isə yaralanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47