SOCAR emissiya etdiyi 750 milyon dollarlıq avrobondların hansı layihələrə sərf olunacağını açıqlayıb
Bakı, 15 aprel, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iki illik fasilədən sonra bu ilin martında Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib. Bu vəsaitin əsas hissəsi - 500 milyon dolları SOCAR-ın Türkiyədə həyata keçirdiyi “Star” neft emalı zavodu layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə müsahibəsində məlumat verib. Dövlət Neft Şirkətinin əsas və böyük layihələrinin maliyyələşdirilməsini həyata keçirməyi dayandırmadığını deyən S.Qasımov qeyd edib ki, həmin avrobondların 250 milyon dollarının SOCAR-ın 2017-ci ildə qaytarmalı olduğu ilk avrobondlarının bazardan geri alınması istiqamətində istifadə olunması nəzərdə tutulub. Artıq bununla bağlı aidiyyəti banklara göstərişlər verilib.
Qeyd edək ki, SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London fond birjasında 500 milyon ABŞ dolları həcmində 5 illik avrobondlar emissiya etmişdi.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08