Milli.Az People Daily-yə istinadən bildirir ki, İn arvadı Saonu ildə cəmi iki dəfə, xidmət etdiyi hərbi hissədən aldığı məzuniyyətlər zamanı görür. İn bu dəfə evə gələndə arvadının işlərinin nə qədər çox olduğunu, xörək bişirmək üçün Saonun vaxtının qalmadığını görüb.
Arvadının sürəkli olaraq paketlərdəki şorba yarımfabrikatları ilə qidalanacağından qorxan İn xanımı üçün çoxlu yemək hazırlayaraq onları kiçik porsiyalarla evdəki soyuduculara, habelə qohumların və qonşuların soyuducularına yerləşdirib.
İn məzuniyyətinin son həftəsində yemək bişirməklə məşğul olub.
Sonucda o, 1000 böyük düşbərə, İnin sevimli şorbasından 100 litr, habelə 70 adda digər xörək bişirib.
Saonun dediyinə görə, ərinin bişirdiyi yeməklər ona bir il bəsdir: "Ərim evdə az olur və yaşamımız ağırdır. Amma bütün çətinliklərə rəğmən, onu sevirəm".
İn xanımına süprpriz edərək çoxlu şirniyyat alaraq evin müxtəlif yerlərində gizlədib.
O, Tibetdəki hərbi hissədən hər gün arvadına SMS yollayaraq gizlətdiyi şirniyyatlardan birinin yerini deyir.
Məsələn, dünən o, yazıb: "Bu gün çox yaxşı işlədin. Mükafat kimi səni divanın arxasında bir banka kişmiş gözləyir".
Milli.Az





