Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anım günüdür.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, dövlət və qeyri-hökumət təşkilatlarında çalışan bir qrup ziyalı qadın Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər güllər düzüb.
Sonra görkəmli oftalmoloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, xeyirxah insan Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, abidəsi önünə əklil və gül dəstələri qoyulub.