"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,16% irəliləyərək 7 075,26 bənd, Almaniya DAX-ı 0,9 % azalaraq 12 227,60 bənd, Fransa CAC-40-ı isə 0,69% geriləyərək 5 218,06 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 192,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0656 (+0,81%) təşkil edib.