[ 15 Aprel 2015 09:41 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün aprelin 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0511 manat səviyyəsində qərarlaşıb.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0061 manat və ya 0,55% bahalaşaraq 1,1167 manat olub.