İraqın baş naziri ilə Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Ağ Evdə bir araya gəliblər.

ANS PRESS-in məlumatına görə, İraqın baş nazirlik ofisindən yayılan açıqlamada tərəflərin İraq və bölgədəki ümumi vəziyyətlə bağlı bütün məsələləri müzakirə etdikləri bildirilir.

Bundan başqa, ABŞ prezidenti B.Obamanın İraq hökumətinin terrorla mübarizə sahəsində siyasətini dəstəklədiyini, eləcə də iraqlı ordu qüvvələrinin təlim keçməsi və silahlandırılması barədə köməklərini əsirgəməyəcəyini vurğulayıb.

Ötən gün səhər saatlarında ABŞ-a rəsmi səfərini reallaşdıran əl-Abadi gün ərzində Ağ Ev Rəhbəri köməkçisi Co Baydenlə də İraq və regional məsələləri müzakirə edib.
Mənbə
ANS PRESS