Apple şirkəti britaniyalı musiqiçilərlə onların kompozisiyalarını Beats musiqi yayımı servisində yayımlamaq üçün eksklüziv saziş bağlamaq məqsədi ilə danışıqlar aparır. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple şirkəti iyunda çıxacaq albomdan musiqini məhdud şəkildə yayımlamaq hüququnu almaq üçün Florence və the Machine qrupları ilə artıq razılıq əldə etmək üzrədir.
 
Məlumata görə, şirkət tərəfdaşlıq məqsədi ilə məşhur müğənni Taylor Sviftə də müraciət edib.
Qeyd edək ki, Beats Music gələn ay yenidən işıq üzü görəcək. İndividual aylıq abunə haqqı 9.99 dollara bərabər olacaq.
 
Ötən aydan etibarən fəaliyyət göstərən musiqi yayımlama xidməti YouTube videohostinqi ilə rəqabət apara bilmək üçün artistlərlə eksklüziv müqavilələr bağlamağa səy göstərir.
 
Xatırladaq ki, Apple şirkəti 2014-cü ilin mayında Beats audio avadanlıq və musiqi yayımlama şirkətini 3 milyard dollara satın alıb.
 
Milli.Az