Masallı, 14 aprel, AZƏRTAC
Masallı şəhərindəki Taekvando Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında taekvando idman növü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın məqsədi yeniyetmə və gənclərin fiziki sağlamlığını qorumaq, rayonda taekvando idman növünü geniş təbliğ etmək və bu idman növünə marağı artırmaqdır.
İki gün davam edən rayon birinciliyində 72 yeniyetmə və gənc 12 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.
Qaliblərə diplomlar və mükafatlar verilib.