Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib.

ANS PRESS-in məlumatına görə, hava limanında qonağı ShamkirChess 2015 turnirinin təşkilatçısı Synergy Group-un rəsmiləri qarşılayıb.

Məşhur şahmatçı bu gün səhər Gəncəyə, ordan isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi məhz norveçli Karlsen olub.

Synergy Group ASC-nin təşkilatçılığı ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Laqrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.
Mənbə
ANS PRESS