Bakı, 14 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yenilənməsi üzrə səyyar xidmətlərin keçirilməsi davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbirlər Daşkəsəndə, Samuxda və Şəmkirdə həmin rayonların Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə təşkil olunub.
Keçirilmiş səyyar xidmətlər zamanı ümumilikdə 446, o cümlədən Daşkəsəndə 71, Samuxda 100, Şəmkirdə isə 275 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.