"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ruisya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, min nəfərdən çox hərbçinin iştirak etdiyi təlimlərə 300-ə yaxın hərbi texnika, o cümlədən artilleriiya qurğuları, minaatanlar, hava hücumundan müdafiə silahları cəlb olunub. Təlimlər bir həftə davam edəcək.
Cənub Hərbi Dairəsinin təlimləri qoşunların qışdan sonrakı dövrdə hazırlığının yekun yoxlanılması çərçivəsində keçirilir.