Bakı, 14 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə Azərbaycanda 10 milyon 669,1 min ton neft və 7 milyard 323,6 milyon kubmetr əmtəəlik təbii qaz hasil edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edək ki, 2014-cü ildə ölkənin sənaye məhsulunun 69,6 faizinin istehsal olunduğu mədənçıxarma bölməsində 41,9 milyon ton neft, 18,7 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdi.