“Günəşli” yatağındakı 8-ci özüldə neft dağılmalarının aradan qaldırılması məqsədilə təlim-məşq keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Dağılmalarının Xəbərdarlığı və Ləğvi Planı”na əsasən “Günəşli” yatağındakı 8 nömrəli özüldə təlim-məşq keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, kompleks qazma işləri trestinin istehsalat bölümlərinin obyektlərində baş verə biləcək neft və neft məhsulları dağılmalarının aradan qaldırılması məqsədilə təşkil edilən məşqdə şirkətin baş ofisinin, Fövqəladə Hallar Nazirliyinin, eləcə də “Azneft” İstehsalat Birliyinin və ekologiya idarəsinin nümayəndələri iştirak ediblər. Trestin ətraf mühitin mühafizəsi və ekologiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim-məşq zamanı özüldə olan işçi heyətə neft və neft məhsulları dağılmalarının təsnifatı, onların aradan qaldırılma yolları barədə geniş məlumat verilib. Məşqdə iştirak edən nümayəndələr əvvəlcədən maarifləndirilib, təlimdə iştirak edən işçi heyət fərdi qaydada təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb.
Məşq zamanı yanacaq çəninin əlaqələndirici xətlərində birinci səviyyəli neft məhsullarının dağılması baş verdikdə işçi heyətin həmin dağılmanı necə aradan qaldıracağı barədə iştirakçılara geniş məlumat verilib. Neft dağılmasının aradan qaldırılması işlərində dağılmış neft məhsullarının toplanılması məqsədilə xüsusi bentonit əsaslı hopdurucu maddələrdən (sorbentlərdən) istifadə olunub, həmin hopdurucu maddələrin tərkibi və xassələri barədə işçi heyət maarifləndirilib. Təlim zamanı ilkin yanğınsöndürmə vasitələri (yanğınsöndürmə balonları, yanğınsöndürmə şlanqları, su çiləmə sistemi) hazır vəziyyətə gətirilib və digər təhlükəsizlik tədbirləri görülüb.
Belə təlim-məşqlərin il ərzində davamlı olaraq qazma işləri aparılan digər özül və meydançalarda da keçirilməsi nəzərdə tutulur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47