[ 14 Aprel 2015 13:13 ]



Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında parlamentin Toponomiya komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, komissiyanın üzvləri Budaq Budaqov və Həsən Mirzəyevin vəfatları ilə əlaqədar üzvlüyü ləğv edilib. 
 

Toponomiya komissiyasının üzvlüyündən həmçinin Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova azad ediliblər. Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Heydərovla Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Toponomiya komissiyasının üzvü seçiliblər.