Bakıda polisə müraciət edən qadının yalan ifadə verməsi üzə çıxıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırılmaq yolu ilə qızıl, geyim və  məişət əşyalarının oğurlanmasını bildirib. 

Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı A.Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun  polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib.

 

Toplanmış material rayon prokurorluğuna göndəriləcək.