Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan-Tatarıstan əlaqələrinin fəal inkişaf etməkdə olduğunu vurğulayan Baş nazir Artur Rasizadə Prezident Rüstəm Minnixanovun rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətinin bu səfərinin də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verəcəyinə əminliyini bildirdi. Tatarıstan ilə neft–kimya, maşınqayırma, məişət texnikası istehsalı, kənd təsərrüfatı, ərzaq sənayesi və digər sahələrdə əməkdaşlıq imkanlarına toxunan Baş nazir qeyd etdi ki, "Gəncə avtomobil zavodu" İstehsalat Birliyi ilə "KamAZ" Açıq Səhmdar Cəmiyyəti arasında yük maşınlarının yığımı və satışı üzrə saziş imzalandıqdan keçən qısa vaxt ərzində çox böyük işlər görülmüşdür və artıq Gəncə avtomobil zavodunun bazasında "KamAZ" markalı yük maşınlarının yığım xətti açılışa tam hazırdır.
İş adamlarından ibarət böyük bir nümayəndə heyəti ilə bu açılış tədbirlərində iştirak etmək üçün respublikamıza səfərə gələn Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycanın dinamik inkişafının Tatarıstanda böyük maraqla izləndiyini və müstəqil respublikamızın son illərdə əldə etdiyi nailiyyətlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. O, Tatarıstan Respublikasının Cənubi Qafqazda etibarlı tərəfdaş kimi Azərbaycan ilə daha sıx münasibətlərdə maraqlı olduğunu vurğulayaraq, səfər çərçivəsində iqtisadi, ticarət, mədəni, sosial və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələrin də aparılacağını bildirdi.
Görüşdə faydalı əməkdaşlığın bir sıra aspektlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47