İraq və İran iki ölkə arasında dəmir yolu xətti çəkiləcək.

ANS PRESS-in məlumatına görə, RİA Novosti agentliyi xəbər verir ki, layihənin dəyəri 45 milyon dollar civarındadır.

Dəmiryolu xəttinin uzunluğu 32 kilometrədək uzanacaq. Xətt İraqın Bəsrə vilayətinin cənub-şərqini İranla birləşdirəcək. Tikinti əsnasında Bəsrədə olan Sindibad adası ilə Şətl-əl Ərəb çayı arasında 700 metrlik körpünün də qurulması nəzərdə tutulub.

Qeyd edək ki, layihə həyata keçirildikdən sonra Çin və Azərbaycan dəmir yolları da bir başa İraqla birləşəcək.
Mənbə
ANS PRESS