Bakı, 14 aprel, AZƏRTAC
Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 390 kvadratmetr olan, vətəndaşa məxsus fermanın dam örtüyünün yanması nəticəsində 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, fermanın qalan hissəsi, eləcə də 27 baş iribuynuzlu heyvan yanğından mühafizə edilib.
Yanğın saat 23:10-da söndürülüb.