Onlar sivilizasiyadan uzaqda, hamıdan kənarda yaşamağa qərar vermişdilər.
1992-ci ildə qəbul edilən bu qərardan sonra Ueyn Adams və Ketrin Kinq Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Tofino gölündə, sahilin yaxınlığında "Liberty Cofe" adlı üzən ev tikməyə başlamışdılar.
İndi həmin ev böyüyüb, "üzən malikanə"yə çevrilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Liberty Cove" hazırda 12 platformadan ibarət üzən yaşayış məskənidir.
Ağac konstruksiyalardan hazırlanmış "Liberty Cove" Günəş panelləri və fotoelektrik generatorlar vasitəsilə elektroenerji ilə təmin olunur.
Üzən platformalarda tikilmiş istixanalarda isə meyvə-tərəfəz və çiçəklər yetişdirilir.
Platformalardan birində toyuq damı da var.
Milli.Az








