Parisdə Liqa Kuboku çərçivəsində "Pari Sen Jermen” komandası ilə qarşılaşan "Bastiya” futbol klubunun azarkeşləri və polis arasında baş vermiş toqquşma nəticəsində 15 asayiş keşikçisi xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Le Parisien” nəşri məlumat yayıb.

Polis iğtişaşların qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, PSJ "Bastiya” üzərində 3:0 hesablı qələbə qazanaraq Fransa Liqa Kubokuna sahib olub.
Mənbə
ANS PRESS