Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə futbolunun rəhbərliyini və Super Liqa klublarının kapitanlarını qəbul edib.

ANS PRESS-in məlumatına görə, İstanbuldakı Ulduz Sarayında baş tutan mərasimdə Trabzonda "Fənərbaxça"nın avtobusuna edilmiş silahlı hücum müzakirə olunub.

Görüşdə aşağıdakı şəxslər iştirak edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Gənclər və idman naziri Akif Cağatay Kılınc
TFF-nin prezidenti Yıldırım Demirörən
TFF-nin I vitse-prezidenti Servet Yardımcı
Türkiyə millisinin baş məşqçisi Fatih Terim
Klublar Birliyi Fondunun prezidenti Göksel Gümüşdağ
Klublar Birliyi Fondunun vitse-prezidenti Mesut Hoşcan
Klublar Birliyi Fondunun Nəzarət-Təftiş Komitəsinin sədri Mesut Altan

Kapitanlar
Qalatasaray: Səlcuk İnan
Fənərbaxça: Əmrə Belözoğlu
Beşiktaş: Tolga Zəngin
Trabzonspor: Jose Bosingva
Akhisar Bələdiyyəspor: Güray Vural
Balıkəsirspor: Gökhan Ünal
Bursaspor: Ozan İpək
Çaykur Rizəspor: Kıvanç Karakaş
Eskişəhərspor: Sezgin Coşkun
Qaziantepspor: Elyasa Süme
Gənclərbirliyi: Ramazan Köşe
Başakşəhirspor: Mahmut Tekdemir
Karabükspor: Erdem Özgenç
Kasımpaşa: Adəm Büyük
Mersin İdman Yurdu: Sərvət Çətin
Ərciyəsspor: İlhan Parlak
Sivasspor: Adəm Koçak
Konyaspor: Hasan Kabze

Mətbuata qapalı olan toplantı təxminən 1 saat yarım davam edib. Görüşdə sonra Klublar Birliyi Fondunun vitse-prezidenti və “Eskişəhərspor”un prezidenti Mesut Hoşcan belə bəyanatla çıxış edib: "Bu gün cənab prezidentin də baş verən hadisəyə bir dövlət başçısı olaraq göstərdiyi həssaslığı gördük. O, bütün komanda kapitanlarını qəbul etdi. Kapitanlar dinlənildi, birlik və bərabərlik üçün çox müsbət fikirlər səsləndi. Onlar “Biz artıq bu cür hadisələri yaşamaq istəmirik. Futbolun sülh, dostluq və qardaşlıq üçün olduğunu bilirik. Bu idman növünün gözəlliklərini ən gözəl şəkildə yaşamaq istəyirik” sözlərini dedilər. Futbolçular gözəl təkliflər verdi. Hamımız üçün səmərəli bir görüş oldu".


Mənbə
ANS PRESS