Ədəbiyyatımızı yüksək yazıçılıq mədəniyyəti ilə zəngin bir xəzinəyə döndərən Əziz Şərif yaddaşlardan silinməyəcək
Naxçıvan, 13 aprel, AZƏRTAC
“Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Əziz Şərifin anadan olmasının 120 illiyi münasibəti ilə “Əziz Şərifin yaradıcılıq yolu” mövzusunda konfrans keçirilib.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq görkəmli alimin keçdiyi həyat və yaradıcılıq yolu barədə danışıb.
Qeyd edilib ki, yaradıcılığa Molla Nəsrəddin jurnalında kiçik yazılarla başlayan Əziz Şərif sonralar jurnalistika, teatr tənqidçiliyi, tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Gənc Əziz Şərif 1905-ci ildə Tbilisiyə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu, məsləkdaşı C.Məmmədquluzadənin ailə mühitində yaşaması onun gələcək taleyi üçün mühüm addım olub. Əziz Şərifin publisistikası da çoxsahəlidir. Teatr, ədəbiyyat, incəsənət, iqtisadiyyat kimi sahələrdə Əziz Şərif “Ana dili”, “Naxçıvanın vəziyyəti”, ”Naxçıvanın duz sərvəti”, “Zaqafqaziyanın iqtisadi vəziyyəti” və digər yazılarla mətbuatda çıxış edib.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Rafiq Babayevin “Əziz Şərifin taleyində C. Məmmədquluzadə”, həmin kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın “Əziz Şərifin ədəbiyyatşünaslıq fəaliyyəti”, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “Əziz Şərifin publisistik və tərcümə yaradıcılığı” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, görkəmli ədəbiyyatşünasın tərcüməçilik fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Tərcümə onun yaradıcılığının başlıca sahələrindən birini tutur. Ədəbiyyatımızda 50 ildən çox tərcüməçilik fəaliyyəti ilə məşğul olan Əziz Şərif dünya və rus klassiklərinin əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. O, Qoqolun “Evlənmə” komediyasını, M.Qorkinin “Ana”, “Düşmənlər” romanını, Şillerin “Məkr və məhəbbət” dramının və bir çox əsərlərin Azərbaycan dilinə tərcüməçisi olub.
Qeyd edilib ki, sanballı elmi tədqiqat əsərləri, publisist məqalələri, tərcümə yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında dəyərli ədəbiyyatşünas alim kimi iz qoyan Əziz Şərifin göstərdiyi xidmətlər unudulmazdır. Ədəbiyyatımızı yüksək yazıçılıq mədəniyyəti ilə zəngin bir xəzinəyə döndərən Əziz Şərif yaddaşlardan silinməyəcək. O, işıqlı, nur və təbəssüm yağan çöhrəsi ilə ədəbiyyat elmimiz üçün bir mayak rolunu xatırladacaq.
Sonda tələbələrin ifasında Əziz Şərifə yazılmış məktublardan parçalar səsləndirilib, slayd nümayiş etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47