Bakı, 13 aprel, AZƏRTAC
Amerikanın Meyo klinikasının (Mayo Clinic) əməkdaşı Rouzbad Roberts hesab edir ki, yaradıcılıq və əl işləri dərnəkləri yaşlı insanlarda zehnin açıq saxlanmasına kömək edir.
AZƏRTAC “Zee News” saytına istinadla xəbər verir ki, alimlərin fikrincə, yaradıcılıqla məşğul olmaq sinir hüceyrələrini vaxtından əvvəl məhv olmaqdan qoruyur, neyronlar arasında yeni əlaqələri möhkəmləndirir.
Ümumilikdə 256 könüllünün iştirakı ilə aparılmış eksperiment göstərib ki, cəmiyyət içinə çıxmaq yaşlı adamlar üçün vacibdir. İştirakçıların orta yaşı 87 olub və heç birinin eksperimentə qədər təfəkkür və yaddaşla bağlı problemi olmayıb.
Dörd ildən sonra 121 adamda idrak pozuntusu yarandığı üzə çıxarılıb. Lakin dərnəklərə, teatra, konsertlərə gedən könüllülər bu problemlə 73 faiz az qarşılaşıblar.