"Yaşımın çox olduğunu deyənlər haqlıdır. Bəli, yaşlıyam. Amma özümü ahıl, həyatdan küskün, passiv adam saymıram və belə niyyətim də yoxdur".
Məşhur amerikalı müğənni, 45 yaşlı Merayya Keri cavan görünür.
O, yeni, "To Infinity" adlı albomunun üz qabığı üçün çəkdirdiyi fotonu da yayaraq illərə meydan oxuduğunu bir daha təsdiqləyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İnstagram-da fəal olan Merayya Keri yeni fotolarını da paylaşıb.
Dediyinə görə, özünü 20 yaşlı qız kimi hiss edir.
Müğənni əkiz övladları Monro və Morokkanla birlikdə Nyu-Yorkdadır.
Merayyanın sabiq əri Nik Kennon isə boşansa da, sakitləşməyib və müğənnidən təzminat qismində 30 milyon dollar istəyir.
Milli.Az





